
Bakıda “Toyota Prius” markalı avtomobilin aşması ilə nəticələnən qəza baş verib.
Hadisə Səməd Vurğun bağının yaxınlığında, Nizami küçəsində qeydə alınıb. Maşının sürücüsü idarəetməni itirərək yolun ortasına düşüb. Ətrafdakı insanların köməyi ilə maşın düz vəziyyətə gətirilib.
Hadisə zamanı digər avtomobillərə də ziyan dəyib. Ölən və yaralıların olub-olmaması barədə hələlik məlumat yoxdur.
“Qafqazinfo”