Türkiyə və Ukrayna Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Volodimir Zelenski arasında telefon danışığı baş tutub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Prezident Administrasiyası yayıb.
Liderlər söhbət zamanı Türkiyədə baş verən zəlzələlər, eləcə də Ukraynada müharibənin 1 ilinin tamam olmasına dair məsələləri müzakirə ediblər.