Göyçayda minik avtomobili qəza törədib, ölən və yaralananlar var.
“Qafqazinfo”nun məlumatına görə hadisə oktyabrın 31-də saat 23 radələrində rayonun Bəydövül kəndi ərazisində baş verib.
Rayon sakini R.Ağayev idarə etdiyi “VAZ-21099” markalı avtomobili ağaca vurub. Nəticədə sərnişini olan qardaşı Ziyaməddin hadisə yerində ölüb, sürücü və digər iki sərnişininə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.