Çərşənbə, 21 Oktyabr 2026 20:31:06 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
21 Oktyabr 2026
SON XƏBƏRLƏR
“Səhər 9-da sağlam, saat 2-də isə xəstə”21.10.2026 18:00 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb21.10.2026 15:00 Azərbaycanda ailələrin sayı açıqlanıb21.10.2026 12:00 Bakının bu ərazilərində işıq olmayacaq21.10.2026 09:00 Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 “Səhər 9-da sağlam, saat 2-də isə xəstə”21.10.2026 18:00 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb21.10.2026 15:00 Azərbaycanda ailələrin sayı açıqlanıb21.10.2026 12:00 Bakının bu ərazilərində işıq olmayacaq21.10.2026 09:00 Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00
Gündəm

18 yaşlı tələbənin ölümü ilə bağlı – Müəmma

08.02.2019 21:26 · 1. 368 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Birinci kurs tələbəsinin qripdən dünyasını dəyişməsi ilə bağlı yayılmış xəbər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Ailəsi 18 yaşlı Nərdanə Şirvan qızı Tağızadəyə ilkin olaraq H1N1 virusu dioqnozunun qoyulduğunu bildirib. Daha sonra ailəyə deyilib ki, Nərdanədə heyvanlardan keçən leptospiroz bakteriyası aşkarlanıb. 

“Rubin.az” xəbər verir ki,Epidemiologiya Mərkəzindən mərhumun evinə gedən nümayəndələr bildiriblər ki, daha 5 nəfər bu yoluxucu bakteriyadan dünyasını dəyişib və Nərdanənin onlarla təmasının olub-olmaması araşdırılmalıdır.

Maraqlısı budur ki, Nərdanə yanvarın 29-da vəfat etsə də, onun sözügedən bakteriyaya yoluxub-yoluxmaması ilə bağlı dəqiq bir nəticə yoxdur.

“Bakı Medical Plaza”dan “Qafqazinfo”ya bildirilib ki, xəstə klinikaya daxil olan zaman vəziyyəti ağır olub:

“Xəstə skeptik şok diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəliyinin 20-ci günü olduğundan və bu müddət ərzində müxtəlif xəstəxanalara aparıldığından vəziyyəti ağır idi. Bu səbəbdən mexaniki tənəffüs aparatına qoşulub.

İlkin diaqnoz kimi H1N1 qripi qoyulsa da, sonradan kəskin tənəffüs, ürək və qaraciyər çatışmazlıqları diaqnozu müəyyən olunub”.

Klinikadan qeyd ediblər ki, xəstələr qəbul olunan zaman onlardan bir çox analizlər götürülür:

“Qaraciyər çatışmazlığı olduğu üçün biz leptospiroz bakteriyasından da şübhələndik və öz laboratoriyamızda analizin cavabı müsbət çıxdı. Ancaq nəticənin daha dəqiq olması üçün analiz Taun Əleyhinə Stansiyanın laboratoriyasına aparılmalı idi. Xəstə vəfat etdiyindən artıq biz analizi göndərmədik. Nərdanə Tağızadə bizim klinikada 1 sutka yatıb”.

Səhiyyə Nazirliyindən isə “Qafqazinfo”ya bildirilib ki, Nərdanə Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan laborator müayinələr nəticəsində öz təsdiqini tapmayıb:

“Bu infeksiya haqqında məlumat daxil olan kimi, mərhumun evində bütün lazımi müayinələr aparılıb. Leptospiroz çox nadir rast gəlinən bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları, çirklənmiş ətraf mühit vasitəsilə yayılır. İnsandan insana keçmir. Aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb”.

Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb.

Bakı Dövlət Universitetinin tarix fakültəsindən “Qafqazinfo”ya bildirilib ki,  Nərdanə xəstəlik müddətində imtahanların ikisində iştirak edib:

“Nərdanə Tağızadə həqiqətən də 600-ə yaxın bal  toplamışdı. İmtahanların ikisində iştirak edib. Daha sonra rəhmətə getdiyini öyrəndik. Xəstəliyinə kimi dərslərə yüksək davamiyyətli tələbələrdən olub.

Xəstəliyinin yoluxucu olduğu ilə bağlı məlumatımız yoxdur”.

↑