Türkiyə və Ermənistan arasında əldə olunan razılaşmaya əsasən dünən İstanbuldan İrəvana ilk aviareys həyata keçirilib.
Modern.az xəbər verir ki, sərnişin təyyarəsi İstanbul Sabiha Gökçen Hava Limanından saat 23:35-də havaya qalxıb. Təxminən 2 saatlıq uçuşdan sonra “Pegasus” şirkətinə məxsus təyyarə paytaxt İrəvandakı “Zvartnots” beynəlxalq hava limanına enib.Qeyd edək ki, Türkiyədən Ermənistana uçan ilk təyyarədə 99 sərnişin olub.