Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Qubadlı gömrük postundan 2 milyona yaxın vəsait yığılıb – RƏSMİ
  • Gündəm

Qubadlı gömrük postundan 2 milyona yaxın vəsait yığılıb – RƏSMİ

rubinroot Yanvar 30, 2022
1643531026_435205053_0_103_2048_1255_1920x0_80_0_0_bdd60204b523f29f98ef505bb81a31e3

Qubadlı inzibati rayonunun Eyvazlı sahəsində yerləşən gömrük postu yalnız malların və nəqliyyat vasitələrinin idxalının ölkə ərazisində rəsmiləşdirilməsi deyil, həmçinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ölkə ərazisinə daxil olan beynəlxalq nəqliyyat vasitələri, istər yüngül, istərsə də yük nəqliyyat vasitələrinin gömrük nəzarətindən keçirilməsi, yoxlanılmasının təmin edilməsi, qanunvericiliklə nəzərdə tutulmuş həddə gömrük rüsumları, yol vergisi ilə bağlı tətbiq olunan rüsumların alınmasını həyata keçirir.

Modern.az xəbər verir ki, bu barədə yanvarın 30-da Azərbaycan Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycan Respublikası gömrük orqanlarının yaradılmasının 30-cu ildönümü və gömrük əməkdaşlarının peşə bayramı gününə həsr olunmuş tədbirdə jurnalistlərə açıqlamasında Komitə sədri Səfər Mehdiyev deyib.

O bildirib ki, bu postdan yük keçmədiyi və idxal əməliyyatları aparılmadığı üçün məqsəd milyonlarla vəsaitin yığılması deyil. Burada əsas məqsəd ölkənin təhlükəsizliyini təmin etmək, ölkə ərazisinə daxil olan nəqliyyat vasitələrinin digər keçid məntəqələrində olduğu kimi nəzarətini həyata keçirməkdir.

“Bu günə qədər 6 mindən çox, 7 minə yaxın nəqliyyat vasitəsi həmin gömrük postundan keçib. Bunların arasında fərdi nəqliyyat vasitələri, avtobuslar, yük nəqliyyat vasitələri də var. Bu nəqliyyat vasitələrindən 2 milyon manata yaxın vəsait toplanaraq dövlət büdcəsinə köçürülüb”, – deyə Səfər Mehdiyev əlavə edib.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: “Rossiya 24” telekanalında Azərbaycanın müstəqilliyinə həsr olunmuş veriliş yayımlanıb – FOTO/VİDEO
Next: Müdafiə Nazirliyi əsgər valideynləri və yaxınlarına müraciət edib

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.