Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ora müraciət etmək istəyən vətəndaşlara çağırış edib.
RUBİN.AZ xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
COVID-19 virusunun yayılmasının qarşısını almaq, həmçinin vətəndaş məmnuniyyəti və operativ xidmətin təmin edilməsi məqsədi ilə bu ilin 1 fevral tarixindən etibarən vətəndaşların əyani qəbulu üçün qeydiyyat yalnız onlayn rejimdə həyata keçiriləcək.
Qəbula yazılmaq üçün www.dtsera.az linki vasitəsilə qeydiyyatdan keçərək və ya +994 99 819 19 23 “WhatsApp” nömrəsinə fərdi məlumatlarınızı göndərərək onlayn növbə ala bilərsiniz.