Ağcabədidə bir qadın sağ olduğu halda ölü kimi qeydiyyata alınıb.
Moderator.az-ın Space TV-yə istinadən xəbərinə görə, 67 yaşlı Həmayil Əliyeva bir neçə aydır Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün qurumlarında ölü kimi qeyd edilib. Rayonun Cəfərbəyli kənd sakini Həmayil Əliyeva II qrup əlil kimi uzun illər pensiya alıb. Amma ötən ilin oktyabrından pensiyası kəsilib. Bununla bağlı rayon şöbəsinə müraciət edən xanıma “sizin adınız sistemdə ölənlər siyahısındadır” deyilib. Ədliyyə Nazirliyindən isə Həmayil Əliyevanın onların sistemində sağ olduğunu bildiriblər.
Həmayil Əliyeva
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Həmayil xanımın əvvəlki aylar da olmaqla pensiyasının ödəniləcəyi vədi verilib.
Qeyd edək ki, Həmayil Əliyeva yalnız Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin sistemində dünyasını dəyişmiş kimi qeydiyyatda olub.
Ətraflı videoda izləyə bilərsiniz.