Modern.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2022-ci il 25 yanvar tarixli iclasının gündəliyinə daxil edilib.
Gündəliyə əsasən, komitənin 2021-ci il payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı, 2022-ci il yaz sessiyası üçün nəzərdə tutulan iş planı təqdim ediləcək.
Həmçinin iclasda “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) də müzakirə ediləcək.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə qeyd edib ki, “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi də 2022-ci il yaz sessiyası üçün İş planına daxil ediləcək.
Komitə sədrinin sözlərinə görə, qanun layihəsinin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulur.