RUBİN.AZ xəbər verir ki, Prezident İlham Əliyev bu gün İradə Gülməmmədovanı Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Prezidentin digər sərəncamına əsasən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev də vəzifəsindən azad olunub.
Dövlət başçısı Fərzəliyevi Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.