Kiyevdə iki ölkənin prezidentləri İlham Əliyev və Volodimir Zelenskinin iştirakı ilə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub.
RUBİN.AZ xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Sənədlərin imzalanması mərasimindən sonra İlham Əliyev və Volodimir Zelenski mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə Azərbaycan prezidenti İlham Əliyev bəyanatla çıxış edib.