Prezident İlham Əliyev Ukraynaya səfər edəcək.
RUBİN.AZ bildirir ki, bu barədə məlumatı Ukrayna dövlət başçısının Mətbuat xidməti yayıb.
Məlumatda qeyd olunub ki, yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında işgüzar görüş olacaq.
Ukrayna Prezidenti ötən ilin dekabrında Brüsselə səfəri zamanı İlham Əliyevlə görüşdə onu Kiyevə səfərə dəvət edib.
Prezidentlər Bakı vaxtı ilə 15:15-də mətbuata bəyanatla çıxış edəcəklər.