Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Qazaxıstana dair fövqəladə iclası başlayıb.
RUBİN.AZ bildirir ki, iclas videokonfrans formatında keçirilir.
Türkiyə XİN başçısının sədrliyi ilə keçirilən toplantının əsas mövzusu Qazaxıstandakı böhran durumudur. Tədbirdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.
Əvvəlcə Qazaxıstanda baş verən iğtişaşlarda həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
İclasa Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sədrlik edir.
