Bu gün Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing 737-800” təyyarəsi Tehran hava limanından qalxdıqdan İran Hərbi Hava Müdafiə qüvvələri tərəfindən vurulmasının ikinci il dönümüdür.
“Qafqazinfo” “Ukrinform”a istinadən xəbər verir ki, hadisə nəticəsində həlak olan sərnişinləri və ekipaj üzvlərinin rəsmi anım mərasimi keçirilib.
Ukrayna Baş prokurorun müavini Maksim Yakubovski faciənin il dönümündə deyib:
“Ukrayna bu sahədə qeyri-adi heç nə tələb etmir. Biz iki sadə şey istəyirik: həqiqət və ədalət. İki il əvvəl o gün baş verənlər haqqında həqiqət, günahkarların cəzalandırılması və zərərçəkənlərə təzminat ödənilməsini istəyirik. Təəssüf ki, indi həqiqəti və ədaləti almaq arzusunu bildirməyən yeganə tərəf bu cinayəti törədən tərəfdir. Biz birlikdə həqiqətə və ədalətə doğru addımlayacağıq. Bu işdə iştirak edən bütün qurumların təmsil olunduğu ailələr, aviaşirkət, dövlət birlikdə eyni yolla getsə, çox yaxşıdır. Bu vacibdir”.
Xatırladaq ki, 8 yanvar 2020-ci ildə Tehran-Kiyev marşrutu üzrə PS752 reysini həyata keçirən təyyarədə altı ölkənin – İran, Kanada, Ukrayna, İsveç, Əfqanıstan və Böyük Britaniya vətəndaşları olub. 11 ukraynalı (9 ekipaj üzvü və 2 sərnişin) daxil olmaqla 176 nəfərin hamısı həlak olub.
Qeyd edək ki, iki il öncə İran hakimiyyəti bir neçə günlük təkzibdən sonra Ukrayna təyyarəsinin səhvən zenit-raket kompleksi tərəfindən vurulduğunu etiraf edib.