Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sabiq sədri Kərim Məsimov dövlətə xəyanət ittihamı ilə saxlanılıb.
Modern.az-ın məlumatına görə, bu barədə Komitənin mətbuat xidməti bildirib.
Qeyd olunur ki, Milli Təhlükəsizlik Komitəsi yanvarın 6-da Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi ilə cinayəti işi başlayıb.
Cinayət işi çərçivəsində K.Məsimovla yanaşı daha bir neçə şəxs saxlanılıb.
Bununla bağlı daha ətraflı məlumat verilməyib.