Qazaxıstanın Almatı şəhərində Respublika meydanı təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.
Bu bardə “Qafqazinfo” “Sputnik Qazaxıstan”a istinadən xəbər verir.
Məlumata görə, zirehli transportyorlar, zirehli maşınlar və silahlı təhlükəsizlik qüvvələrinin olduğu hərbi yük maşınları da daxil olmaqla 50-yə yaxın texnika meydanı mühasirəyə alıb.
Qeyd olunur ki, meydanın mərkəzində 200-yə yaxın iğtişaşçı yerləşib. Onların bəzilərinin isə odlu silahı var. Bildirilir ki, 10-a yaxın atəş açılıb, lakin atəş açan təhlükəsizlik qüvvələri deyil.