Bu gün çox əlamətdar gündür. Xalqımız zəmanəmizin ən görkəmli dövlət xadimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 60 illik Yubileyini müasir dünya liderləri arasında heç kimə nəsib olmayan bir ucalıqda, torpaqlarının 30 illik işğalına son qoyan və ölkəsinin ərazi bütövlüyünü bərpa etməyi bacaran, dünya hərb və diplomatiya tarixinə adını qızıl hərflərlə yazdıran Azərbaycan dövlətinin və xalqının Qalib Prezidenti və Müzəffər Ali Baş Komandanı kimi qeyd edir”.
Musavat.com xəbər verir ki, bu sözləri millət vəkili Azay Quliyev deyib. O qeyd edib: “Zati-Alilərinin 44 günlük Vətən Müharibəsini möhtəşəm qələbə ilə başa çatdırmaq üçün göstərdiyi sarsılmaz iradə və qətiyyət, mahir sərkərdəlik bacarığı, diplomatiya və siyasət meydanında atdığı müdrik və uzaqgörən addımlar, ən çətin və ağır şəraitdə düzgün qərar qəbul etmək və xalqını ümummilli amal uğrunda səfərbər etmək istedadı dünya siyasətçiləri və dövlət adamları üçün canlı bir örnəkdir.
Dünyada Azərbaycan kimi ikinci bir dövlət, cənab İlham Əliyev kimi ikinci bir Prezident yoxdur ki, ərazisinin iyirmi faizi işğal olunduğu halda, bu qədər mükəmməl və çoxistiqamətli inkişaf yolu keçsin, ən müxtəlif xarici təhdid və təzyiqləri dəf edərək güclü dövlət və güclü ordu qursun, mürəkkəb geosiyasi və regional fırtınalar fonunda bütün məsuliyyəti öz üzərinə götürərək hərbi-siyasi yolla ərazi bütövlüyünün bərpasına nail olsun.
Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu və dövlətçilik ənənələrini son 17 ildə bütün sahələrdə uğurla davam etdirərək Ata vəsiyyətini böyük fədakarlıqla yerinə yetirdi, xalqımızın sarsılmaz birliyini və ordumuzun döyüş əzmini “dəmir yumruğa” çevirərək mənfur düşməni torpaqlarımızdan birdəfəlik qovmaqla dünya azərbaycanlılarının və bütövlükdə Türk dünyasının qürurunu, milli ləyaqətini və milli ruhunu dirçəltdi.
Azərbaycan xalqı başda olmaqla bütün türk dünyası bu tarixi Zəfəri qazandıran Lideri hər zaman qəlbində uca tutacaq.
Prezident İlham Əliyev təkcə Qarabağın xilaskarı və Zəfər tariximizn müəllifi və Qəhrəmanı deyil, eyni zamanda sülh və quruculuq dövrünün də Qəhrəmanıdır.
Əminik ki, cənab Prezidentin mükəmməl liderliyi və rəhbərliyi ilə dövlətimiz və xalqımız bundan sonra da qarşısında duran bütün vəzifələrin öhdəsindən layiqincə gələcək, tamamilə dağıdılmış və viran qoyulmuş Qarabağı və Şərqi Zəngəzuru yenidən dirçəldərək dünyanın ən inkişaf etmiş və müasir guşələrindən birinə çevirəcəkdir.
Müzəffər Ali Baş Komandan, möhtərəm cənab Prezident!
Sizi 60 illik Yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, tükənməz enerji, Azərbaycan xalqının rifahı və milli maraqları naminə həyata keçirdiyiniz ali dövləti fəaliyyətinizdə indiyə kimi əldə etdiyniz möhtəşəm uğurların və qələbələrin davamını arzulayırıq”.