Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Şəxsi heyətlə iş üzrə zabitlərin və psixoloqların təlim-metodiki toplantısı keçirilib
  • Gündəm

Şəxsi heyətlə iş üzrə zabitlərin və psixoloqların təlim-metodiki toplantısı keçirilib

rubinroot Dekabr 21, 2021
1f22358437262b287ab8877542f15404

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində birlik, birləşmə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, qoşun növləri və qisimləri , eləcə də əlahiddə hərbi bölmələrin şəxsi heyətlə iş üzrə komandir müavinlərinin və psixoloqların təlim-metodiki toplantısı keçirilib.
RUBİN.AZ  bildirir ki,  əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov 2021-ci tədris ili ərzində hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlıq, hərbi intizamın möhkəmləndirilməsi və digər sahələrdə görülən işlər, eləcə də 2022-ci tədris ilində bu istiqamətdə qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
İdarə rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatan Vətən müharibəsindən də danışaraq bildirib ki, bu Zəfərin qazanılmasında döyüş hazırlığı ilə yanaşı şəxsi heyətin hərbi vətənpərvərlik tərbiyəsinin, mənəvi-psixoloji hazırlığının və hərbi intizamının yüksək olması böyük rol oynadı. B.Orucov cari il ərzində şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını təhlil edərək Müdafiə nazirinin qərar və əmrlərinin tələblərinə, təhlükəsizlik qaydalarına əməl olunması və sayıqlığın artırılmasına dair təlimatların, hərbi qulluqçular arasında fərdi tərbiyə işinin düzgün aparılmasının, qarşılıqlı münasibətlərin nizamnamələrin tələblərinə uyğun təşkil edilməsinin və bu istiqamətdə səylərin artırılmasının vacibliyini vurğulayıb.
Toplantıda tərbiyəvi iş üzrə zabitlər ideoloji iş və mənəvi-psixoloji təminatın yüksəldilməsi istiqamətində cari il ərzində görülən işlərə, əldə olunan nailiyyətlərə və nöqsanların aradan qaldırılmasına dair məruzələrlə çıxış ediblər.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul edib
Next: Ailənin 4 üzvü dəm qazından zəhərləndi

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.