Türkiyənin Azərbaycandakı Səfirliyi Qarsın Sarıkamış rayonunda baş verən ağır yol qəzasında ölən azərbaycanlıların ailələrinə başsağlığı verib.
Modern.az xəbər verir ki, bu barədə səfirliyin tviterdəki hesabında qeyd edilib.
Paylaşımda deyilir:
“Qarsın Sarıqamış rayonunda baş verən avtobus qəzasında 2-si Azərbaycan vatandaşı olmaqla 4 nəfər həyatını itirib. Vəfat edən bütün qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbirlə başsağlığı, yaralılara şəfalar diləyirik”.