İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan xalqına başsağlığı verib.
“Qafqazinfo” xəbər verir ki, səfir bu barədə Tvitter hesabında paylaşım edib.
“Azərbaycan xalqına və xüsusən bu gün minaya düşərək həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk”, – səfir bildirib.
Qeyd edək ki, bu gün Şuşanın Daşaltı kəndində mina partlayışı nəticəsində iki mülki şəxs həlak olub.