Belarus Prezidenti Aleksandr Lukaşenko şənbə günü azərbaycanlı həmkarı İlham Əliyevlə telefon danışığı aparıb.Modern.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Əliyev Lukaşenkoya Rusiya və Ermənistan liderləri ilə keçirdiyi 26 noyabr tarixli Soçi görüşünün nəticələri barədə məlumat verib.“İlham Əliyev ötən gün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünün yekunları barədə Aleksandr Lukaşenkoya məlumat verib”, – xəbərdə deyilir.Lukaşenko və Əliyev Azərbaycanla KTMT münasibətlərini də müzakirə ediblər.