Cümə, 16 Oktyabr 2026 13:39:52 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
16 Oktyabr 2026
SON XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin tibb xidmətində işə girən hərbçilərə xüsusi rütbələr veriləcək16.10.2026 12:00 DİQQƏT: Bu yollarda tıxac var – SİYAHI (FOTO)16.10.2026 09:00 Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34 Ədliyyə Nazirliyinin tibb xidmətində işə girən hərbçilərə xüsusi rütbələr veriləcək16.10.2026 12:00 DİQQƏT: Bu yollarda tıxac var – SİYAHI (FOTO)16.10.2026 09:00 Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34
Din

DİN polislərin maaşının artırılması təklifinə reaksiya verdi

12.11.2021 14:31 · 168 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Daxili İşlər Nazirliyi dünən parlamentdə komitələrin birgə iclasında deputat Qüdrət Həsənquliyevin polislərin maaşının 2 dəfə artırılması ilə bağlı təklifinə münasibət bildirib. Sosial şəbəkələrdə bu təklifin nazirliyin təşəbbüsü ilə səslənməsi barədə fikirlər səslənir.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, nazirlik tərəfindən belə bir təşəbbüs irəli sürülməyib: “Dövlətimizin, xüsusən cənab Prezidentin hər zaman daxili işlər orqanlarının əməkdaşlarına göstərdiyi ali diqqət və qayğı hamıya məlumdur. Eyni zamanda, son iki ildə dünyada qlobal problemə çevrilmiş COVID-19 pandemiyasının ölkə iqtisadiyyatına göstərdiyi mənfi təsiri, həmçinin zəfərlə başa çatan Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə böyük vəsait tələb edən tikinti-quruculuq işlərini, şəhid ailələrinə, müharibə iştirakçılarına dövlətin göstərdiyi hərtərəfli diqqət və qayğını nəzərə alan, anlayışla qarşılayan hər bir Azərbaycan vətəndaşı kimi polis əməkdaşları da belə bir dönəmdə əməkhaqlarının artırılması barədə düşünməyib.

Onlar ictimai asayişin və ictimai təhlükəsizliyin təmini, cinayətkarlığa qarşı mübarizə kimi çətin və şərəfli bir fəaliyyətin müqabilində dövlət büdcəsindən ayrılan əməkhaqqı və dövlət tərəfindən göstərilən diqqət və qayğı ilə kifayətlənirlər.

Qürur hissi ilə qeyd edim ki, daxili işlər orqanlarının hər bir əməkdaşı əsl vətəndaş mövqeyi nümayiş etdirərək, bugünkü gündə dövlətimizin iqtisadiyyatının daha da güclənməsində və həyata keçirdiyi layihələrin tezliklə və müvəffəqiyyətlə reallaşmasında maraqlıdırlar”.

↑