Cümə axşamı, 15 Oktyabr 2026 16:50:39 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34
Gündəm

Məleykə Abbaszadə: “Gələn il qəbul imtahanları iki mərhələdə keçiriləcək”

28.10.2021 16:15 · 158 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Pandemiya şərtləri imkan versə, gələn il qəbul imtahanlarında həm yaz, həm də yay sessiyasını keçirmək istəyirik. Hər iki sessiyada Coğrafiya fənnindən də imtahan keçirmək fikrindəyik”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, ötən il Coğrafiya üzrə qəbul proqramı çox asanlaşıb: “Pandemiyanın təsiri əsasında bütün fənlərdə müəyyən dəyişiklik etmişdik ki, daha asan olsun. Amma iqtisadi rayonların yeni bölgüsü ilə bağlı sərəncam iyulun 7-də olub. İmtahan keçirdiyimiz dövr idi, həmin xəritələri dəyişə bilməzdik. Coğrafiya dərsliklərində də hələ fakt öz əksini tapmamışdı. Bununla əlaqədar keçən imtahanlarında Azərbaycanın iqtisadi bölgüsü ilə bağlı sual salmamışdıq. Hazırda proqramlar müzakirə olunur. Yeni xəritələr üzərində Təhsil Nazirliyində də iş aparılır. Bu, ictimaiyyətə təqdim olunacaq. Bizim materiallar da yəqin ki, ilin sonuna qədər dərc olunacaq və qəbul proqramlarında yeni iqtisadi rayonlarla bağlı məlumatlar əks olunacaq”.

↑