Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Məzahir Pənahov Özbəkistanda prezident seçkilərini müşahidə edəcək
  • Gündəm

Məzahir Pənahov Özbəkistanda prezident seçkilərini müşahidə edəcək

rubinroot Oktyabr 22, 2021
617290e7aca8f617290e7aca91163489815186109d8b1733c071f362c93b34d89b1d

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun başçılıq etdiyi geniş nümayəndə heyəti oktyabrın 24-də Özbəkistan Respublikasında keçiriləcək prezident seçkilərini müşahidə etmək məqsədilə Daşkəndə səfər edib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayevin dəvətinə əsasən reallaşan səfər çərçivəsində sədr M.Pənahovun Özbəkistanlı həmkarı ilə yanaşı, digər rəsmi şəxslərlə görüşlər keçirməsi, seçkilərlə bağlı müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının digər təmsilçiləri, həmçinin Türk Şurası, ATƏT/DTİHB və MDB-nin tərkibində də beynəlxalq müşahidəçi qismində sözügedən seçkilərin müşahidəsində iştirak edirlər.
MSK nümayəndələri səsvermə günü paytaxt Daşkənddə və bölgələrdə yerləşən seçki məntəqələrində müşahidə aparacaqlar.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: DYP polisi sürücüləri xəbərdarlıq etdi
Next: İlham Əliyev Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.