Cümə axşamı, 15 Oktyabr 2026 17:43:42 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34
Gündəm

Yoluxma sayı artır: daha iki universitetdə koronavirusa görə qruplar bağlanır

19.10.2021 10:22 · 165 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Sentyabrın 29-dan indiyədək Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 14 qrupunda təhsil alan tələbələr arasında koronavirusa yoluxma faktı qeydə alınıb. Həmin qruplar 14 gün müddətinə distant təhsilə keçirilib.

ADPU-nun mətbuat katibi Cavid Hüseynovun sözlərinə görə, universitetin poliklinikası və şəhər Epidemoloji Mərkəzin fəaliyyəti ilə son təmas günü müəyyən edilib və həmin qruplar 14 gün müddətinə distant təhsilə keçirilib: “14 gün bitdikdən sonra yoluxmuş tələbə yenidən test verir və neqativ cavab çıxdıqda dərsə qayıdır. Artıq 2 qrupun yoluxmuş tələbələri bu dövrü bitirib və ənənəvi təhsilə geri dönüblər. Tələbələr arasında virusu ağır keçirən yoxdur”.

Tədrisin ənənəvi formada bərpasından sonra Bakı Mühəndislik Universitetində (BMU) təhsil alan tələbələrin 3 nəfərində koronavirus əlamətləri aşkarlanıb. BMU-dan bildirilib ki, həmin tələbələr dərhal nəzarətə götürülüb, müvafiq tibb mərkəzinə müraciət olunub və analizlər götürülüb: “Hər 3 tələbədə yoluxma aşkarlanıb və 14 gün müddətinə onların dərslərdən kənarlaşdırılması qərarı verilib. Hazırda koronavirus aşkarlanan tələbələrin təhsil aldıqları qruplar nəzarətdə saxlanılır və əlavə hər hansı yoluxma qeydə alınmayıb”.

Qeyd edək ki, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Texniki Universitetində yoluxma səbəbindən bir neçə qrup distant təhsilə keçib.//Virtualaz.org

↑