Azərbaycan və Qətər arasında viza tələbi qarşılıqlı ləğv edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva öz tvitter hesabında məlumat verib.
O bildirib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qətərin Baş nazirinin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani “Azərbaycan respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş” imzalayıb.
Qeyd edək ki, şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani bu gün Azərbaycana rəsmi səfər edib.