Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun anası ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə səfir Tvitter hesabında yazıb. “Şəhid general Polad Həşimovun anası Səmayə xanımı ziyarət etdik, əlini öpdük, Türkiyə bayrağını verdik, duasını aldıq. “Allah türk millətini qorusun! Cənab Ərdoğana və türk millətinə salamlarımızı çatdırın”dedi. Baş üstə!” – səfir qeyd edib.