Cümə, 27 Noyabr 2026 10:12:59 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
27 Noyabr 2026
SON XƏBƏRLƏR
Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00 Azərbaycan və Avstraliya arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)26.11.2026 15:00 Daha 5 məktəbə yeni direktor təyin olunub26.11.2026 12:00 Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış olub, xəsarət alanlar var (FOTO/VİDEO)26.11.2026 09:00 Bu il onları itirdik25.11.2026 21:00 ABŞ-də polis avtomobilində “Bakılı balası” dinlənilib (VİDEO)25.11.2026 18:00 Dünyada ingilis dilini bilənlərin reytinqi: Azərbaycan neçəncidir?25.11.2026 15:00 Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb25.11.2026 12:00 Bu ölkədə ayılar 37 nəfəri öldürüb25.11.2026 09:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00 Azərbaycan və Avstraliya arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)26.11.2026 15:00 Daha 5 məktəbə yeni direktor təyin olunub26.11.2026 12:00 Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış olub, xəsarət alanlar var (FOTO/VİDEO)26.11.2026 09:00 Bu il onları itirdik25.11.2026 21:00 ABŞ-də polis avtomobilində “Bakılı balası” dinlənilib (VİDEO)25.11.2026 18:00 Dünyada ingilis dilini bilənlərin reytinqi: Azərbaycan neçəncidir?25.11.2026 15:00 Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb25.11.2026 12:00 Bu ölkədə ayılar 37 nəfəri öldürüb25.11.2026 09:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00
Manşet

Prezident:“Serjikin oğurluğu haqqında Ermənistanda bilməyən yoxdur…

04.10.2021 13:19 · 170 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

“Bu fərarilərin içində Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyan da var idi. Bu yaxınlarda mənə verilən məlumata görə, o, haradasa Azərbaycan haqqında, Ulu Öndər haqqında öz səviyyəsinə uyğun çirkin sözlər ifadə etmişdir. Birinci fərari elə odur. Çünki o, müharibə zamanı Xankəndiyə soxulmuşdu, guya orada hansısa işlər görəcək”.

RUBİN.AZ  xəbər verir ki, bunu Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldarkən çıxışında deyib.

Dövlət başçısının sözlərinə görə, S.Sarkisyan görəndə ki, Azərbaycan Ordusu artıq gəlir və onun qulağından tutub Bakıya gətirə bilər, qorxaqcasına oradan fərari kimi qaçıb: “Mən ona Serjik Sarkisyan ona görə demirəm ki, onu alçaltmaq istəyirəm, ona görə ki, bu, onun əsl adı və soyadıdır. Bizim arxivlərimizdə bu məlumatlar var. Onun “metirka”sında, yəni, doğum haqqında şəhadətnaməsində, onun komsomol biletində Sarkisyan Serjik yazılıbdır. Sonra bunu edib Sarkisyan Serj. Guya “Serj”, necə deyərlər, məqbul bir addır”.

Prezident bildirib ki, bu adam ömrü boyu oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari kimi tanınıb: “Serjikin oğurluğu haqqında Ermənistanda bilməyən yoxdur. Bu gün onunla əlbir olan “müharibə qəhrəmanları” artıq ya həbsdədir, ya cəhənnəmdədir. “Tuşonka” satan və artıq cəhənnəmdə yanan, Serjikin sağ əli olan “general” Ermənistan ordusunun və Serjikin əsl simasını göstərir. Müharibə zamanı “tuşonka” satan general hansı sözlərə layiqdir? Serjikin sağ əli olan, müharibə dövründə müdafiə naziri vəzifəsində çalışan hərbi cinayətkar bu yaxınlarda Ermənistanda həbs edildi, oğurluğa görə. Nasaz silahlar alırdı, pullarını da qoyurdu cibinə. Bu haqda bizdə kifayət qədər məlumatlar var, həm müharibədən əvvəl, həm müharibə zamanı hansı əməllərdən çıxırdılar. Ayaqları altında torpaq yanırdı, Azərbaycan Ordusu hər gün irəli gedirdi, Ermənistan müdafiə naziri kontraktlar imzalayıb, nasaz silahlar aldırıb, qiymət fərqini də cibinə qoyurdu. Onlar Serjikin yetirmələridir, onun kimi oğrulardır”.

↑