Cümə axşamı, 22 Oktyabr 2026 00:26:13 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
22 Oktyabr 2026
SON XƏBƏRLƏR
Regional Su Meliorasiya QSC-yə icraçı direktor təyin edilib21.10.2026 21:00 “Səhər 9-da sağlam, saat 2-də isə xəstə”21.10.2026 18:00 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb21.10.2026 15:00 Azərbaycanda ailələrin sayı açıqlanıb21.10.2026 12:00 Bakının bu ərazilərində işıq olmayacaq21.10.2026 09:00 Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 Regional Su Meliorasiya QSC-yə icraçı direktor təyin edilib21.10.2026 21:00 “Səhər 9-da sağlam, saat 2-də isə xəstə”21.10.2026 18:00 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb21.10.2026 15:00 Azərbaycanda ailələrin sayı açıqlanıb21.10.2026 12:00 Bakının bu ərazilərində işıq olmayacaq21.10.2026 09:00 Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00
Gündəm

“Rəisə 200 min vermədiyim üçün işimi qərəzli apardı” – Polis serjantı

23.01.2019 22:49 · 938 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Bakı Ağır Cinayətlər Məhkəməsində “Range Rover”lə qəza törədərək iki nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən polis əməkdaşı Xəyal Məmmədovun məhkəməsi keçirilib.

“Rubin.az” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə ifadə verən X.Məmmədov özünü təqsirli bilmədiyini deyib: “İşdən çıxıb şəhərə gedirdim, qarşıdan gələn “Mercedes” yoluma çıxıb mənim maşınımı vurdu. Avtomobilim dərəyə düşüb yanmağa başladı. Güclə maşından çıxdım, sonra digər maşından meyitləri çıxardım. Dərhal da təcili yardıma və polisə zəng etdim. Səhərə kimi şöbədə olmuşam, hadisə yerindən qaçmamışam, maşını də 60-70 sürətlə sürmüşəm. Bu qəzada mənim heç bir günahım olmayıb. Sadəcə Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi Həsrət Aslanov mənə kömək etmək üçün 200 min manat istədi, mən də pulumun olmadığını dedim. O isə “pulun yoxdusa, maşını nə ilə almısan?” soruşdu, sonra da mənim işimi qərəzli apardı.

Mən həmişə nümunəvi polis olmuşam, 7 il cənab nazirin mühafizəsində çalışmışam. Binəqədidə yanan binada sakinləri xilas etdiyim üçün, cənab nazirimiz məni polis akademiyasında oxumağa göndərib”.

Proses yanvarın 30-da davam etdiriləcək.

İttihama görə, iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini hadisə yerində ölüb.

Hadisədən sonra başından xəsarət alan sürücü avtomobilin dövlət qeydiyyat nişanlarını açaraq hadisə yerindən qaçıb.

Daha sonra həmin sürücünün şəxsiyyəti müəyyən edilib və o, həbs olunub. Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, saxlanılaraq məhkəmənin qərarı ilə həbs edilib.

↑