Cümə, 27 Noyabr 2026 11:11:07 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
27 Noyabr 2026
SON XƏBƏRLƏR
Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00 Azərbaycan və Avstraliya arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)26.11.2026 15:00 Daha 5 məktəbə yeni direktor təyin olunub26.11.2026 12:00 Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış olub, xəsarət alanlar var (FOTO/VİDEO)26.11.2026 09:00 Bu il onları itirdik25.11.2026 21:00 ABŞ-də polis avtomobilində “Bakılı balası” dinlənilib (VİDEO)25.11.2026 18:00 Dünyada ingilis dilini bilənlərin reytinqi: Azərbaycan neçəncidir?25.11.2026 15:00 Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb25.11.2026 12:00 Bu ölkədə ayılar 37 nəfəri öldürüb25.11.2026 09:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00 Azərbaycan və Avstraliya arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)26.11.2026 15:00 Daha 5 məktəbə yeni direktor təyin olunub26.11.2026 12:00 Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış olub, xəsarət alanlar var (FOTO/VİDEO)26.11.2026 09:00 Bu il onları itirdik25.11.2026 21:00 ABŞ-də polis avtomobilində “Bakılı balası” dinlənilib (VİDEO)25.11.2026 18:00 Dünyada ingilis dilini bilənlərin reytinqi: Azərbaycan neçəncidir?25.11.2026 15:00 Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb25.11.2026 12:00 Bu ölkədə ayılar 37 nəfəri öldürüb25.11.2026 09:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00
Manşet

“Vaxt itirmədən bu həftədən başlayaraq ödəmələr həyata keçirilsin”-Prezident

31.03.2020 22:26 · 1. 041 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

“Vaxt itirmədən bu həftədən başlayaraq ödəmələr həyata keçirilsin”.

“Rubin.az” xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

Prezidentin sözlərinə görə, o, bundan əvvəl də bütün Azərbaycan sahibkarlarına müraciət edərək çağırış edib ki, onlar işçiləri ixtisar etməsinlər: “Bu xahiş və ya tələb qüvvədədir. Onu da bildirməliyəm ki, Azərbaycan sahibkarları bu vəziyyətdə öz vətəndaşlıq borcunu hesab edirəm ki, şərəflə yerinə yetirirlər. Mənim sərəncamımla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə qədər 100 milyondan çox vəsait daxil edilib. Bunun cəmi 20 milyonu Prezidentin Ehtiyat Fondundan köçürülüb.

Bu, onu göstərir ki, vəsaitin böyük hissəsi sahibkarlar tərəfindən verilmiş ianələrdir. Bu məsələ ilə bağlı sahibkarlar həmrəylik göstərirlər. Əminəm ki, işçilərin ixtisar edilməməsi çağırışı nəzərə alınacaq. Eyni zamanda aydındır ki, bir çox sahələr 40 mindən çox sahibkarlıq subyekti demək olar ki fəaliyyət göstərmir. Yaxud da ki, məhdud çərçivədə fəaliyyət göstərir. Dövlət onlara köməklik göstərməlidir. Ona görə göstəriş verilib ki, sahibkarlıq subyektlərində muzdla işləyən insanların sosial təminatı nəzərə alınsın. Eyni zamanda, fərdi sahibkarların fəaliyyəti nəzərə alınsın. Bu göstərişlər İqtisadiyyat Nazirliyinə verilib. Vaxt itirmədən bu həftədən başlayaraq ödəmələr həyata keçirilsin”.

↑