Cümə axşamı, 29 Oktyabr 2026 18:06:52 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00
Xəbər xətti

Bir aydan sonra Bakı COP29 iqlim konfransına ev sahibliyi edəcək

15.10.2024 13:37 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Prezident İlham Əliyevin cari ilin 8 oktyabr tarixində Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxış edərək bildirdi ki, bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə – COP29 iqlim  konfransına ev sahibliyi edəcək.

Belə bir  əzəmətli  tədbir  olan  COP29-un Azərbaycanda keçirilməsi, ilk növbədə, BMT tərəfindən Azərbaycanın iqlim məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin etirafıdır. COP29-un Azərbaycanda keçirilməsi BMT səviyyəsində ölkədə siyasi və iqtisadi sabitliyin tanınmasından xəbər verir. COP29 siyasi mənada Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə bir daha çatdırılması, həmçinin ölkəmizin iqtisadiyyatı, turizm potensialı üçün müstəsna əhəmiyyətə və rola malikdir: “Yaşıl iqtisadiyyat”a və alternativ enerji resurslarına keçid hazırda əksər dövlətlərin elan etdiyi və bəşəriyyət qarşısında duran ən əsas məqsədlərdən biridir. Bu səbəbdən də COP28-də ənənəvi enerji resurslarının payının dünyada tədricən azalması ilə bağlı müzakirələr aparıldı. Eyni zamanda, iqlim dəyişiklikləri ilə bağlı ciddi məsələlər gündəmə gətirildi ki, bu da tədbirin necə böyük əhəmiyyətə malik olduğunu göstərdi. Birləşmiş Ərəb Əmirliklərində keçirilən tədbirdə hər hansı ortaq məxrəcə gəlinmədi və birgə bəyanat imzalanmadı. Ona görə də Bakıda keçiriləcək COP29-da iqlim dəyişikliyi, ənənəvi və alternativ enerji resurslarının gələcək istehsalı, istehlakı ilə bağlı bəyanatın imzalanması üçün böyük şans var. Əlbəttə, COP29-da təxminən 80-100 min insanın Azərbaycana gələcəyi bu tədbirin önəmindən, mötəbərliyindən xəbər verir və dünyanın diqqətini ölkəmizə cəmləyəcək. Çox təəssüf ki, dünyada iqlim dəyişikliyi ilə bağlı müxtəlif mülahizələr irəli sürülsə də, COP kimi mühüm konfranslar keçirilsə də, hegemon ölkələr, əslində, bəşəriyyət qarşısında dayanan bu problemlərə bir çox hallarda biganə yanaşırlar. Mövcud problemlər güclü dövlətlərin apardığı siyasətdən qaynaqlanır. Ümid edirik ki, Bakıda keçiriləcək tədbirin nəticəsi olaraq hegemon dövlətlər məsələlərin digər ölkələrin də maraqlarına uyğun olması üçün əməli fəaliyyət həyata keçirəcəklər. Əgər belə olarsa, bəşəriyyət qarşısında dayanan problemlər müəyyən qədər həllini tapa biləcəyinə  inanırıq.

İqlim dəyişikliklərinin yaratdığı fəsadlar Azərbaycanda yan keçməyib. Bütün ölkələr kimi, Azərbaycan da iqlim dəyişikliklərinin törətdikləri fəsadların acısını hiss edir. Su çatışmazlığı, Xəzərin səviyyəsinin aşağı düşməsi, yoluxucu xəstəliklərin artması bu gün Azərbaycan əhalisini də narahat edir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən etimadla bərabər, həm də məsuliyyətdir. Azərbaycanda bir il ərzində COP29-un keçirilməsi ilə bağlı çox ciddi işlər görülüb. Prezident İlham Əliyev sözügedən tədbirin yüksək səviyyədə keçirilməsi üçün mütəmadi olaraq özünün tapşırıqlarını verir və görüşlər həyata keçirilir. 200-dən çox ölkənin COP29-a ev sahiblik etməsi üçün Azərbaycana səs verməsi ölkəmizdə baş tutan beynəlxalq tədbirlərin nümunəvi nəticəsindən irəli gəlir. COP29 digər beynəlxalq tədbirlər kimi yüksək səviyyədə baş tutacaq və Azərbaycana yeni müsbət dividentlər gətirəcəyinə  inanırıq.

 

Lamiyə Əliyeva

Suraxanı rayonu, Ə.Məmmədov adına 101 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

↑