Cümə axşamı, 29 Oktyabr 2026 18:06:00 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Oktyabr 2026
SON XƏBƏRLƏR
Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00 Vaşinqtonda “Qlobal körpülər – Azərbaycanı kəşf edək” adlı mədəni-maarifləndirici tədbir keçirilib (FOTO)29.10.2026 18:00 Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik – Paşinyan29.10.2026 15:00 Azərbaycan XİN Türkiyəni təbrik etdi (FOTO)29.10.2026 12:00 Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək29.10.2026 09:00 Azərbaycanla NATO hərbi əməkdaşlığın inkişafını müzakirə edib (FOTO/VİDEO)28.10.2026 21:00 Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək28.10.2026 18:00 İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi28.10.2026 15:00 Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol28.10.2026 12:00 Qaradağ rayonunda sel nəticəsində dağılmış körpünün yerində yenisi inşa edilib28.10.2026 09:00 Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib27.10.2026 21:00 Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi27.10.2026 18:00 Baş prokuror Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb (FOTO)27.10.2026 15:00
Xəbər xətti

Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib

15.10.2024 13:34 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Laçın şəhərinin 2025 – ci il MDB – nin mədəniyyət paytaxtı elan edilməsi qürur doğuran növbəti məqamlardan biridir. Ümumiyyətlə, oktyabrın 8 – də Moskvada Müstəqil Dövlətlər Birliyi   ( MDB) Dövlət Başçıları Şurasının iclasında müzakirə olunan məsələlər, Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər bir çox tərəflər ilə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir.  Laçının MDB – nin  mədəniyyət paytaxtı  elan  edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Azərbaycanın qədim şəhərlərindən olan Laçın 30 il erməni işğalında olub, şəhər dağıdılıb, mədəni və tarixi abidələrə ciddi ziyan vurulub.  Amma Laçın yeni inkişaf mərhələsinə qədəm qoyub. Həm sürətli məskunlaşma prosesi gedir, həm də  tarixi  və mədəni abidələrimizin bərpası istiqamətində işlər həyata keçirilir. Bu qərar Azərbaycanın öz suverenliyini tam bərpa etməsinə mənəvi – siyasi dəstəkdən əlavə, eyni zamanda, erməni revanşistlərinə və Ermənistan hakimiyyətinə ciddi mesajdır. Beləliklə, Ermənistan revanşist dairələrinə bir daha açıq mətnlə mesaj verildi ki, onlar İkinci Qarabağ müharibəsinin lokal antiterror əməliyyatının nəticələri ilə birmənalı olaraq hesablanmalıdır.

COP29 İqlim konfransına sayılı günlər qaldığı bir dönəmdə belə bir uğura imza atılması, habelə növbəti ildə Azərbaycanda 3 – cü MDB Oyunlarının keçirilməsi, Gəncə şəhərinin idman paytaxtı olaraq seçilməsi, Azərbaycanın 10 -dan çox şəhərində keçiriləcək yarışlar müsbət məqamlardandır. Azərbaycanın MDB Oyunları kimi əhəmiyyətli bir idman tədbirinə ev sahibliyi etməsi onun idman ölkəsi kimi artan nüfuzunun daha da möhkəmlənməsinə gələcəkdə belə mühüm layihələrin respublikamızda yüksək səviyyədə təşkil edilməsinə müsbət təsir göstərəcəkdir. Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onların öhdəsindən layiqincə gəlib. COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. İki həftə Bakı dünyanın mərkəzi olacaq  və şəhər təqribən 70 – 80 min qonağı qarşılayacaq.

Moskva səfəri zamanı Prezident İlham Əliyev beynəlxalq münasibətlərdə müşahidə edilən son dərəcədə mənfi tendensiya barədə də fikirlərini bölüşdü. Bu neqativ tendensiya Qərb ölkələrinin, xüsusilə də ABŞ – nın dəyənək kimi istifadə  etdiyi sanksiya rejimidir.  Bu məsələdə də Prezident İlham Əliyev qüdrətli ölkənin lideri kimi sanksiyalar məsələsi ilə bağlı mövqeyini aydın şəkildə ortaya qoydu.

 

Günel Rəhimova

Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

 

 

 

↑