Avstraliyanın baş naziri Entoni Albanese NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirakdan imtina edib.
“Unikal” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Eyni zamanda, ölkəni tədbirdə Avstraliyanın baş nazirinin müavini və müdafiə naziri Riçard Marles təmsil edəcək.
Bəzi müşahidəçilər baş nazirin bu qərarını pisləyiblər. Onlar hesab edirlər ki, dünyada və regionda təhlükəsizlik problemlərini nəzərə alaraq, ölkə rəhbərinin NATO sammitində iştirakı vacibdir.