Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
  • Gündəm

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

rubinroot İyul 2, 2024
kulek-1565066643-1699783730-1719906018

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən RUBİN.AZ-a verilən məlumata görə, bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Düşən yağıntının miqdarı Gədəbəydə 33 mm, Daşkəsəndə 13 mm, Ordubad, Göygöldə 9 mm, Sədərəkdə 7 mm, Gəncə, Şərurda 6 mm, Tovuz, Şəmkir, Qax, Balakən, Zaqatala, İsmayıllı, Göyçay, Goranboy, Şəki, Xaltan, Kürdəmir, Lerik, Ceyrançöl, Naftalan, Şahbuz, Naxçıvan, Beyləqan, Mingəçevir, Yevlaxda 3 mm-dək olub.

Öncədən xəbər verildiyi kimi, iyulun 1-də ölkənin bəzi bölgələrində sarı və narıncı xəbərdarlığa uyğun olaraq küləkli hava şəraiti müşahidə olunub. Narıncı xəbərdarlığa uyğun olaraq Culfada şərq küləyi əsib, arabir 23 m/s-dək güclənib. Sarı xəbərdarlığa uyğun olaraq isə küləyin sürəti Gəncə, Naxçıvanda 20 m/s, Naftalanda 18 m/s, Ağdam, Şəmkirdə 16 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 33, Naxçıvan MR-da 31, dağlıq rayonlarda 23 dərəcəyədək isti olub.

Bölgələrdə müşahidə olunan qeyri-sabit hava şəraiti iyulun 3-ü axşamadək davam edəcək.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Azərbaycan polisi – 106 yaşında
Next: NATO sammitində iştirakdan imtina etdi

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.