Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Məzahir Pənahov Macarıstanda seçkiləri müşahidə edəcək
  • Gündəm

Məzahir Pənahov Macarıstanda seçkiləri müşahidə edəcək

rubinroot İyun 7, 2024
6
17f6fa81-532d-31fb-a151-c9cb46547886_850

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Macarıstanda seçkiləri müşahidə edəcək.

Bu barədə “Report”a MSK-dan məlumat verilib.

Bildirilib ki, Macarıstan Milli Seçki Bürosunun prezidenti Nagy Attilanın dəvətinə əsasən gerçəkləşdirilən səfərin məqsədi iyunun 9-da bu ölkədə keçiriləcək Avropa Parlamenti, bələdiyyə və milli azlıqların seçkilərini müşahidə etməkdir.

Səfər proqramına uyğun olaraq, M.Pənahovun həmkarı A.Nagy və digər rəsmi şəxslərlə yanaşı, seçkilərin müşahidəsinə qatılan xarici ölkələrin ali seçki qurumlarının rəhbərləri ilə görüşlər keçirməsi, əməkdaşlıq əlaqələrinin və seçki idarəçiliyinə dair təcrübə mübadiləsinin genişləndirilməsinin inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılması da nəzərdə tutulur.

Qeyd edilib ki, MSK sədri seçkilərdən bir gün öncə paytaxt Budapeştdə seçkiqabağı proses və hazırlıqlrla tanış olacaq, həmçinin seçki günü məntəqələrdə səsvermənin gedişini müşahidə edəcək. Macarıstana səfər zamanı MSK sədrini Katibliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşid Yusifbəyli müşayiət edir.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Parlamentin növbədənkənar iclası başladı – Gündəlikdə 13 məsələ var
Next: Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər – FOTOLAR

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.