Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Gəncədə Birinci Qarabağ müharibəsinin şəhidi İxtiyar Əkbərov dəfn edilib – YENİLƏNİB
  • Gündəm

Gəncədə Birinci Qarabağ müharibəsinin şəhidi İxtiyar Əkbərov dəfn edilib – YENİLƏNİB

rubinroot İyun 6, 2024
6fa761b3-478a-351e-8d33-e7d072f79449_850

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İxtiyar Hüseyn oğlu Əkbərovla Gəncə şəhərində keçirilən vida mərasimi başa çatıb.

“Report”un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Gəncə şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Gəncə Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

15:38

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İxtiyar Hüseyn oğlu Əkbərovun meyitinin qalıqları Gəncə şəhərinə gətirilib.

“Report”un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Gəncə şəhərində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, İxtiyar Hüseyn oğlu Əkbərov 1960-cı il yanvarın 24-də Gəncədə anadan olub. O, 1993-cü oktyabrın 13-də Ağdərə rayonunun Heyvalı (Drmbon) kəndində itkin düşüb.

İ.Əkbərov Gəncə şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: TÜRKPA-nın bayraq və loqosu dəyişib
Next: DİN-dən Daşkəsəndə baş vermiş insidentlə bağlı AÇIQLAMA-dən Daşkəsəndə baş vermiş insidentlə bağlı AÇIQLAMA

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.