Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Səhiyyə naziri: Qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayı artmaqdadır
  • Gündəm

Səhiyyə naziri: Qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayı artmaqdadır

rubinroot İyun 1, 2024
5300826c-ca07-3314-b51d-4607351b4219_850

Qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayı artmaqdadır. İnsanlar arasında yayılan bir çox xəstəliklər istilik dalğaları, yoluxucu xəstəliklərin ötürülməsi və iqlim dəyişkənliyi ilə əlaqələndirilir.

“Report”un xəbərinə görə, bunu Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyası çərçivəsində “İqlim dəyişikliyi və səhiyyə: Birgə fəaliyyət üçün qlobal baxış” adlı strateji dəyirmi masada çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bu gün bəşəriyyət iqlim dəyişikliyinin birbaşa və dolayı təsirlərini yaşayır: “Son onilliklərdə sel, quraqlıq, tufan kimi ekstremal hava hadisələrinin tezliyi və şiddəti artıb. Bu iqlim hadisələri dolayısı ilə havanın keyfiyyətinə, suyun çirklənməsinə, torpaqdan istifadə imkanlarına təsir edir”.

Nümayəndə heyətinin rəhbəri təəssüf hissi ilə qeyd edib ki, iqlim dəyişikliyinin sağlamlığa təsiri barədə səhiyyə işçilərinin məlumatlılığı qənaətbəxş səviyyədə deyil: “Tədris proqramlarına “İqlim dəyişikliyi və səhiyyə” fənninin daxil edilməsi təklif olunur. Bundan əlavə, ÜST Akademiyası iqlim dəyişikliyi və sağlamlıq mövzusunda davamlı təhsilin təmin edilməsi üçün onlayn platformanın yaradılmasında əsas rol oynaya bilər”.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Bu məktəblilər ” İlin Fəal şagirdi” diplomuna layiq görüldü
Next: Leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.