Şənbə, 28 Noyabr 2026 12:35:21 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
28 Noyabr 2026
SON XƏBƏRLƏR
Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00 Azərbaycan və Avstraliya arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)26.11.2026 15:00 Daha 5 məktəbə yeni direktor təyin olunub26.11.2026 12:00 Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış olub, xəsarət alanlar var (FOTO/VİDEO)26.11.2026 09:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00 Azərbaycan və Avstraliya arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)26.11.2026 15:00 Daha 5 məktəbə yeni direktor təyin olunub26.11.2026 12:00 Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış olub, xəsarət alanlar var (FOTO/VİDEO)26.11.2026 09:00
Gündəm

Prezident Ağdamda dörd kəndin təməlini qoydu – Yenilənib

28.05.2024 15:20 · 1 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Ağdam rayonunun Tağıbəyli kəndinin təməlini qoyub.

RUBİN.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bundan başqa, dövlət başçısı Ağdamın Güllücə, Nəmirli, Şotlanlı kəndlərinin də təməlini qoyub.

***

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına layihə barədə məlumat verib.

Bildirilib ki, Tağıbəyli kəndində yaşayış təxminən XIX əsrin ortalarına təsadüf edir. Kənddə 725 ailə – 3018 nəfər rəsmi qeydiyyatda olub. Əhalinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, baramaçılıq və heyvandarlıq olub. İşğal dövrünə qədər kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət evi, kitabxana, ərzaq mağazası, maşın-traktor parkı, kənd təsərrüfatı məhsullarının anbarı, qoyun ferması və üzüm bağları fəaliyyət göstərib. O cümlədən Qarabağın məşhur seyidlərindən olan Fuğara ağanın ocağı da burada yerləşir.

Qeyd olunub ki, kəndin layihələndirilən ərazisi 255,31 hektardır. Kəndə 3840 nəfərin köçürülməsi nəzərdə tutulur. Bunun üçün 885 fərdi ev inşa ediləcək. Layihələndirilən ərazi Tağıbəyli və Suma kəndlərinin ərazisindən ibarətdir. Birinci mərhələdə layihələndirilən sahə 78,05 hektardır və buraya 108 ailənin köçürülməsi planlaşdırılır. Bu mərhələdə tikiləcək 108 evin 22-si ikiotaqlı, 54-ü üçotaqlı, 27-si dördotaqlı, 5-i isə beşotaqlı olacaq. Bundan başqa, kənddə 264 şagird yerlik məktəb binası, 80 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, kitabxana, qonaq evi, ticarət mərkəzi, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, sənətkarlıq emalatxanası, kənd meydanı, Bayraq meydanı, park, yanğınsöndürmə deposu (2 maşın yerlik), qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu və bazar kompleksi inşa ediləcək.

Dövlət başçısı Tağıbəyli kəndinin təməlini qoyub.

***

Prezidenti İlham Əliyev mayın 28-də Ağdam rayonunun Güllücə kəndinin təməlini qoyub.

Dövlət başçısına layihə barədə məlumat verilib.

Qeyd olunub ki, Güllücə kəndində yaşayış təxminən XIX əsrin ortalarına təsadüf edir. Kənddə 988 ailə – 4003 nəfər rəsmi qeydiyyatda olub. Əhalinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, baramaçılıq və heyvandarlıq olub. İşğal dövrünə qədər kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət evi, kitabxana, üzüm emalı zavodu, ərzaq mağazası, aptek, maşın-traktor parkı, kənd təsərrüfatı məhsulları anbarı, mal ferması və üzüm bağları var idi.

Bildirilib ki, ərazisi 388,44 hektar olacaq kənddə 3992 nəfərin məskunlaşdırılması nəzərdə tutulur. Güllücə və İlxıçılar kəndlərinin ərazisindən ibarət olacaq bu kənddə 1042 fərdi ev inşa ediləcək. Birinci mərhələdə layihələndirilən ərazi 225 hektar olacaq. Buraya 113 ailənin köçürülməsi planlaşdırılır. Kənddə birinci mərhələdə inşa ediləcək 113 evin 22-si ikiotaqlı, 57-si üçotaqlı, 28-i dördotaqlı, 6-sı isə beşotaqlı olacaq. Bundan başqa, kənddə 480 şagird yerlik məktəb binası, 120 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, ticarət mərkəzi, bazar, idman-sağlamlıq mərkəzi, inzibati bina, çoxfunksiyalı bina (poçt, bank filialı, ofis), mal-qara ferması, yanğınsöndürmə deposu (2 maşın yerlik), kənd meydanı, Bayraq meydanı, çörək sexi inşa olunacaq. Burada, həmçinin kənd təsərrüfatı texnikasının və maşınlarının təmir müəssisəsi, süd qəbulu və süd məhsulları istehsalı, quru meyvə istehsalı, ət kəsimi və qablaşdırılması sahələri, qarışıq yem istehsalı, barama tədarükü və qurdayırma məntəqələri, mineral gübrələr və kimyəvi maddələr anbarı, muzey, mehmanxana, xalça istehsalı sahəsi, işçi geyimlərinin istehsalı sahəsi, taxta taraların istehsalı sahəsi, dulusçuluq və suvenir istehsalı emalatxanası, bal qablaşdırılması sahəsi, üzüm emalı zavodu, şirniyyat sexi, taxıl anbarı, suvarmada istifadə olunan elektrik mühərriklərinin və avadanlıqlarının təmiri sahəsi, yanacaqdoldurma məntəqəsi də yaradılacaq.

***

Dövlət başçısına kənddə görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, Nəmirli kəndində 624 ailə – 2515 nəfər rəsmi qeydiyyatda olub. Əhalinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, baramaçılıq və heyvandarlıq olub. İşğal dövrünə qədər kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət evi, kitabxana, üzüm emalı zavodu, ərzaq mağazası, maşın-traktor parkı, kənd təsərrüfatı məhsullarının anbarı, heyvandarlıq ferması və üzüm bağları fəaliyyət göstərib.

Məlumat verilib ki, kəndin layihələndirilən ərazisi 211 hektardır. Buraya 3036 nəfərin köçürülməsi planlaşdırılır. Bunun üçün 759 fərdi ev inşa ediləcək. Layihələndirilən ərazi Nəmirli və Şuraabad kəndlərinin ərazisindən ibarətdir. Birinci mərhələdə layihələndirilən ərazi 50,22 hektardır və buraya 179 ailənin köçürülməsi nəzərdə tutulur. Bu mərhələdə tikiləcək 179 evin 36-sı ikiotaqlı, 90-ı üçotaqlı, 44-ü dördotaqlı və 9-u isə beşotaqlı olacaq. Bundan başqa, kənddə 528 şagird yerlik məktəb binası, 80 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, kitabxana, qonaq evi, ticarət mərkəzi, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, kənd meydanı, Bayraq meydanı, park, qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu, bazar kompleksi yaradılacaq.

Dövlət başçısı Nəmirli kəndinin təməlini qoyub.

***

Dövlət başçısına layihə barədə məlumat verilib.

Qeyd olunub ki, Şotlanlı kəndində yaşayış təxminən XIX əsrin ortalarına təsadüf edir. Sakinlər buraya Qubadlı rayonunun Zilanlı kəndindən köç ediblər. Kənddə 606 ailə – 2542 nəfər rəsmi qeydiyyatda olub. Əhalinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, baramaçılıq və heyvandarlıq olub. İşğal dövrünə qədər kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət evi, kitabxana, maşın-traktor parkı, kənd təsərrüfatı məhsullarının anbarı, ərzaq mağazası və üzüm bağları fəaliyyət göstərib.

Bildirilib ki, Şotlanlı və Umudlu kəndlərinin ərazilərini əhatə edəcək bu kəndin layihələndirilən ərazisi 197,4 hektardır. Buraya 3 min nəfərin köçürülməsi nəzərdə tutulur. Bunun üçün 750 ev tikiləcək. Birinci mərhələdə layihələndirilən ərazi 51 hektardan çoxdur və buraya 205 ailənin köçürülməsi planlaşdırılır. Tikiləcək 205 evin 41-i ikiotaqlı, 103-ü üçotaqlı, 51-i dördotaqlı və 10-u isə beşotaqlı olacaq. Burada 540 şagird yerlik məktəb binası, 90 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi və kitabxana, qonaq evi, ticarət mərkəzi, bazar, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, kənd meydanı, Bayraq meydanı, park, yanğınsöndürmə deposu (2 maşın yerlik), qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu yaradılacaq.

Prezident İlham Əliyev Şotlanlı kəndinin təməlini qoyub.

↑