Milli Məclisin sədr müavini, millət vəkili Adil Əliyev ölkəmizdə səfərdə olan Latviya parlamentinin sədri xanım Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə Füzuli rayonuna səfər edib.
Rubin.az xəbər verir ki, əvvəlcə şəhidlərimizin xatirəsinə ucaldılmış abidəni, daha sonra ermənilər tərəfindən dağıdılmış Mərdinli məscidi, Füzuli Beynəlxalq Hava Limanı, Mirzə Uluqbəy adına tam orta məktəbi ziyarət edilib, şəhərdə geniş vüsət almış quruculuq işləri barədə qonaqlar məlumatlandırılıblar. Səfər zamanı parlamentarilər Ermənistanın torpaqlarımızı işğal altında saxlayarkən törətdikləri dağıntıların, vandallıq aktlarının əyani şahidi olublar. Eləcə də, Füzuli şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işlərini müşahidə ediblər.