Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası mayın 24-də keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin mayın 21-də keçirilən plenar iclasının sonunda məlumat verib.
Onun sözlərinə görə, toplantının gündəliyi barədə məlumat veriləcək.