Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Yaz aylarında hansı vitaminləri qəbul etmək lazımdır? – Dietoloq açıqladı
  • Gündəm

Yaz aylarında hansı vitaminləri qəbul etmək lazımdır? – Dietoloq açıqladı

rubinroot May 19, 2024
Qida_elavesi_vitamin-620x403

Baharın gəlişi ilə bir çox insanda vitamin çatışmazlığı özünü göstərir. Bədəni yenidən formaya qaytarmaq üçün vitamin tarazlığını bərpa etmək lazımdır.

KONKRET.az xəbər verir ki, dietoloq İrina Pisaryeva vitamin çatışmazlığının yaz ayları üçün xarakterik olduğunu deyib.

“Çox vaxt C və B vitamini çatışmazlığı yaranır. Buna görə diqqətinizi tərəvəz və meyvələrə yönəltməlisiniz. Bu məhsulların gündə bir kiloqrama qədər yeyilməsi məsləhətdir. B vitamini qrupu qulançarda, C vitamini isə sitrus meyvələrində boldur. Pəhrizə yaşıl noxud da əlavə edə bilərsiniz”, – mütəxəssis tövsiyə edib.

Yazdan əvvəl detoks etmək və ya oruc tutmaq təsirli olacaq. Pisaryevaya görə, salatlara əlavə edilən turp və yaşıl soğan da olduqca effektivdir:

“Çox yeməkdən çəkinmək və az porsiyalarla yemək yaxşıdır. Gündəlik rejimə riayət etməli və çox gec yatmamalısınız. Aptekdən vitamin də ala bilərsiniz. Lakin günəşli günlər başlayacaq, buna görə həb kimi içməkdənsə, D vitaminini qəbul etmək üçün çölə daha çox çıxmağı məsləhət görürəm”.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Bank kartlarından oğurluq: DİN məlumat yaydı
Next: Milli Məclis sədrinin müavinindən təsirli hədiyyə

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.