Rusiya sülhməramlılarının sonuncu partiyası da Qarabağı tərk edir.
Modern.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, sülhməramlıların şəxsi heyəti və texnikası bu gün səhər azad olunmuş əraziləri tərk edib və Bərdə rayonu ərazisindən keçib.
Ötən ay Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.
Sözügedən görüntüləri təqdim edirik: