Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Ceyhun Bayramov qırğızıstanlı həmkarı ilə birgə bəyanatlarla çıxış edib – YENİLƏNİB-2
  • Gündəm

Ceyhun Bayramov qırğızıstanlı həmkarı ilə birgə bəyanatlarla çıxış edib – YENİLƏNİB-2

rubinroot Aprel 9, 2024
6caa36f8-916b-317b-a435-98fe26ec0939_850 (1)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev birgə mətbuat konfransında bəyanatlarla çıxış ediblər.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycan XİN məlumat yayıb.

@Bayramov_Jeyhun, Minister of Foreign Affairs of the Republic of #Azerbaijan & Zheenbek Kulubaev, Minister of Foreign Affairs of #Kyrgyz Republic deliver statements at the Joint Press Conference @MFA_Kyrgyzstan. pic.twitter.com/ps18wxwZ7c

— MFA Azerbaijan (@AzerbaijanMFA) April 9, 2024

09:30

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayevi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və münaqişədən sonrakı regional vəziyyət haqqında məlumatlandırıb.

“Report” xəbər verir ki, bu barədə XİN başçısı “X”də yazıb.

“Rəsmi səfər çərçivəsində qardaş Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev ilə görüşməkdən şadam. Görüş çərçivəsindən Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığını daha da inkişaf etdirmək üçün qarşılıqlı əlaqələrin davam etdirilməsinin vacibliyi bir daha vurğulandı. COP29 və münaqişədən sonrakı regional vəziyyət haqqında məlumat verildi”, – qeyd edilib.

Glad to meet Zheenbek Kulubaev, FM of brotherly #Kyrgyz Republic within the framework of official visit. Reiterated importance of continuing mutual contacts to further enhance -strategic partnership. Informed about @COP29_AZ presidency & post-conflict regional situation. pic.twitter.com/0LGe0LYyKQ

— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) April 9, 2024

08:46

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev arasında görüş başlayıb.

“Report” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Görüş Bişkek şəhərində keçirilir.

Qeyd edək ki, Qırğız Respublikasına səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekdəki Ata-Beyit Memorial Kompleksini ziyarət edib.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bayram günləri ilə əlaqədar əhaliyə müraciət – VİDEO
Next: Ermənistan parlamentində Azərbaycanla sərhədin delimitasiyası məsələsi müzakirə ediləcək

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.