Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Aİ Ermənistana 292, ABŞ isə 65 milyon dollar məbləğində vəsait verəcək
  • Gündəm

Aİ Ermənistana 292, ABŞ isə 65 milyon dollar məbləğində vəsait verəcək

rubinroot Aprel 5, 2024

“Aİ Ermənistana yaxın olmağa söz verib və bu gün bu vədi yerinə yetirir”.

Erməni mətbuatının məlumatına görə, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın iştirakı ilə qısamüddətli görüşdən sonra mətbuata bəyanatı zamanı bəyan edib.

O, bildirib ki, İrəvanla tərəfdaşlıq “Ermənistan Dayanıqlığı Proqramı” vasitəsilə həyata keçiriləcək.

“Avropa İttifaqı növbəti dörd il ərzində Ermənistana 270 milyon avro (təxminən 290 milyon ABŞ dolları) məbləğində qrant dəstəyi verəcək. Keçən oktyabrda biz Ermənistanla çiyin-çiyinə duracağımıza, əməkdaşlığımıza baxış hazırlayacağımıza söz vermişdik, bu gün məhz bunu müzakirə edəcəyik”, – deyə o vurğulayıb.

ABŞ Dövlət katibi Antoni Blinken də Ermənistana 65 milyon dollardan çox vəsait verəcəklərini bildirib. Qeyd edək ki, bu, iki il əvvəlkindən 50% çoxdur.

Xatırladaq ki, bu gün Brüsseldə ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olub.

Oxu.az

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Azərbaycan güləşçisi Bakıdakı turnirdə məğlub oldu – YENİLƏNİB + FOTO
Next: Brüssel görüşünün əsas nəticəsi AÇIQLANDI

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.