Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Lənkəranda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum oldu – YENİLƏNİB + FOTO
  • Hadisə

Lənkəranda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum oldu – YENİLƏNİB + FOTO

rubinroot Aprel 3, 2024
2e5c6d2a-ce23-3fad-b3a3-8c452e8aed65_850

Lənkəranda baş verən qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəranda “Hyundai” markalı yük avtomobili “Belarus” markalı traktorla toqquşub. Qəza nəticəsində Lənkəran rayon sakinləri – 1986-cı il təvəllüdlü Amil Möhübbət oğlu Qafarov, 1982-ci il təvəllüdlü Elməddin Rəfael oğlu Cavadov və 1997-ci il təvəllüdlü Samir Yusif oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Vəziyyətləri ağır olan E.Cavadov və S.Abbasov reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, hadisə Ələt-Astara magistralının 171 km-də qeydə alınıb. Qəzada yol kənarındakı mühafizə hasarına da ciddi ziyan dəyib.

17:00

Lənkəran şəhərində yük maşını traktorla toqquşub.

“Report”un cənub bürosunun məlumatına görə, hadisə “ASAN xidmət”in qarşısında baş verib.

Qəzada ağır yaralanan traktorun sürücüsü təcili yardımın köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib.

Yük maşınında sıxılmış vəziyyətdə qalan iki nəfərin Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılması işləri aparılır.

Faktla bağlı araşdırma aparılır.

 

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Konqo Prezidenti Azərbaycandadır – Foto
Next: FHN güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.