Gəncə şəhərində yağış suları ciddi fəsadlara yol açıb.
Şəhərin Bayan küçəsi 10 a ünvanında Cahangir Əliyevə məxsus evin barısını yağış suları yuyub və barı tamamilə uçub.
İlkin məlumata görə, barının altında 6 baş xırdabuynuzlu heyvan, o cümlədən 15 ev quşu tələf olub. Evə ciddi ziyan dəyib.
Bundan əlavə qonşuluqdakı evlərin divarları çatlayıb, yaşayış yerinin yolları sıradan çıxıb.
“Qafqazinfo”