Adil Əliyev bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələrlə görüşüb
Rubin.az xəbər verir ki, Milli Məclisin sədr müavini Adil Əliyev bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələrlə görüş zamanı bildirib ki, Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışı zamanı bütün siyasi istiqamətlərlə bərabər gənclər siyasəti üzrə əsas kontorlar müəyyən edilib.
“Savadlı, intelektual, vətənpərvər, milli-mənəvi dəyərlərə bağlı gənclik yetişdirmək, onların ən yüksək təhsilə əlçtananlığını təmin etmək əsas vəzifəmizdir. Dövlət bu istiqamətdə bütün imkanlarını səfərbər edib, Siz gənclər də hər biriniz layiqli vətəndaş olaraq həqiqətlərimizi dünyaya çatdırmalısınız”-deyə Millət vəkili qeyd edib.