Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Adil Əliyev gənclərlə və seçicilərlə görüş keçirib-FOTO
  • Siyasət

Adil Əliyev gənclərlə və seçicilərlə görüş keçirib-FOTO

rubinroot Fevral 24, 2024
428678201_928998401934991_2063145039366710811_n (1)

Milli Məclisin sədr müavini, millət vəkili Adil Əliyev bu gün  Nərimanov rayonu 20 saylı II seçki dairəsinin ərazisində I, II Şimal Şitilliyi və IV Aşırım (keçmiş Xutor qəsəbəsi) ərazisində gənclərlə, seçicilərlə görüş keçirib.

Onları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb. Millət vəkili bildirib ki,  bu gün keçirilən görüşün əsas məqsədi də məhz uşaqların tərbiyəsi, gənclərin zərərli vərdişlərdən uzaq durması, təhsilə və idmana həvəsləndirmək kimi mühüm məsələləri əhatə edirdi.

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev fevral ayının 14-də Milli Məclisdə andiçmə zamanı gənclərin vətənpərvər ruhda tərbiyəsi məsələsinin vacibliyini qeyd etməklə sağlam gəncliyin formalaşdırılmasına diqqət çəkmişdir. Sağlam gəncliyin yetişməsində zəruri məqamlardan biri də bədən tərbiyəsidir, məhz Ümummilli Lider Heydər Əliyevin siyasi kursunda bədən tərbiyəsində kütləviliyin təmin olunması ön planda idi. Gəncləri, yeniyetmələri, uşaqları milli-mənəvi dəyərlərimizə uyğun şəkildə tərbiyə etmək dövlətimizin, eləcə də hər birimizin əsas vəzifəsidir. Gələcək nəslin tərbiyəsində, sağlam vətəndaş kimi yetişməsində hər birimiz fəal iştirak etməliyik”-deyə millət vəkili bildirib.

RUBİN.AZ

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Xocalı itkinləri mövzusunda çəkilmiş “13” adlı bədii-sənədli filmin təqdimatı olub
Next: Göygöldə ağır yol qəzası – Ölən və yaralılar var

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.