Şənbə, 28 Noyabr 2026 16:48:34 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
28 Noyabr 2026
SON XƏBƏRLƏR
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00 Azərbaycan və Avstraliya arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)26.11.2026 15:00 Daha 5 məktəbə yeni direktor təyin olunub26.11.2026 12:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00 Azərbaycan və Avstraliya arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)26.11.2026 15:00 Daha 5 məktəbə yeni direktor təyin olunub26.11.2026 12:00
Siyasət

Moskvada keçirilən beynəlxalq forumda azərbaycanlı deputat Ermənistan təmsilçisini susdurub

15.02.2024 17:48 · 5 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Moskvada neokolonializmlə mübarizə mövzusunda keçirilən “Millətlərin azadlığı uğrunda” adlı beynəlxalq forumda Azərbaycan Milli Məclisinin deputatı Nizami Səfərov Ermənistan təmsilçisini susdurub.

APA-nın Moskva müxbiri xəbər verir ki, Vahid Rusiya Partiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq forumda Ermənistan nümayəndəsi, keçmiş deputat Arman Abovyan Azərbaycanı uydurma “Artsax” “respublikası”nda tarixi dini abidələri məhv etməkdə gunahlandırmağa çalışıb. Azərbaycan dövləti əleyhinə yalançı ittihamlar səsləndirən Ermənistan təmsilçisinə millət vəkili Nizami Səfərov tarixi faktlarla cavab verib.

“Ermənistan nümayəndəsi məni bir neçə şərhlə çıxış etməyə vadar elədi. Bu gün Cənubi Qafqaz regionunda tamamilə yeni geosiyasi vəziyyət yaranıb. 30 il davam edən münaqişə bitib. Hansı ki, bu münaqişə Ermənistanın Azərbaycanın suveren ərazisinə təcavüzü ilə bağlı olub. Bu münaqişə soyqırımı, azərbaycanlılara qarşı həm Ermənistanda, həm də Azərbaycanın suveren ərazisində etnik təmizləmələr, insanlığa qarşı hərbi cinayətlərlə müşayiət olunub. Əgər bu gün kimsə Azərbaycanın işğaldan azad olunan ərazilərində olubsa, o zaman həmin ərazilərin ən yaxşı halda Xirosima və Naqasakini xatırlatdığını görə bilər. Milyondan çox mina Azərbaycan ərazilərində basdırılıb. Hətta hərbi əməliyyatlardan sonra 2021-ci il Ermənistan istehsalı olan minalar Azərbaycan ərazilərində basdırılıb ki, o vaxtdan indiyədək 350-dən çox dinc sakin ermənilərin basdırdıqları minaların qurbanı olub”, – deyə azərbaycanlı millət vəkili vuğulayıb.

N.Səfərov əlavə edib ki, Azərbaycan sülh müqaviləsini imzalamaq üçün effektiv platforma təklif edib. Hansı ki, bu təkliflər Cənubi Qafqaz regionunun bütün xalqlarının maraqlarına cavab verir.

“Təəssüflər olsun ki, bu günə kimi bir sıra məsələlər həll olunmamış qalır. Hansı ki, bu, uzunmüddətli sülhün, Cənubi Qafqazda beynəlxalq təhlükəsizlik rejimin bərqərar olunmasını gecikdirir. Bir daha təəssüflə qeyd edirik ki, Ermənistan nümayəndələrinin bir çoxunun çıxışlarında islamafob vurğular mövcuddur. Bu qəbuledilməzdir. Nəzərə alaq ki, bu gün bu foruma, qarşılıqlı düşmənçiliyi deyil, neokolonializmlə mübarizə aparmaq yollarını müzakirə aparmaq üçün toplaşmışıq”, – deyə Milli Məclisin deputatı yekunlaşdırıb.

↑