Milli Məclisin sədr müavini, millət vəkili Adil Əliyev şəhid, Vətən Müharibəsi Qəhrəmanı Azad Arif oğlu Hümbətovun anım tədbirində iştirak edib.
“Vətən uğrunda ən şirin nemət olan canlarını düşünmədən qurban verən şəhidlərimiz göstərdikləri şücaətlərlə tariximizin ən parlaq səhifəsini yazdılar. Əzəli və əbədi torpaqlarımızı düşmən işğalından birdəfəlik azad edən qəhrəmanlarımız, ərazi bütövlüyümüzü bərpa, suverenliyimizi bərqərar etdi, dünyaya ölkəmizin gücünü göstərdilər. Şəhidlərimizin əziz xatirələri qəlbimizdə əbədi yaşayacaq, Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbr, qazilərimizə şəfa diləyirik.”-deyə Adil Əliyev qeyd edib.